SİZİN REKLAM BURADA!
055 213 76 73



Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ” – "Lill” oyununun ardından qalmaqal olub.

BAKU.WS-in supersport.az-a istinadla verdiyi məlumata görə, qarşılaşmadan sonra bir qrup azarkeş "Lill” klubunun 19 nömrəli futbolçusu Antonio Ederə böyük maraq göstərərək şəkil çəkdirmək istəyib. Buna imkan verməyən polislər, bəzi fanatları bölməyə aparmaq üçün avtobusa mindirib.

Qeyd edək ki, son Avropa çempionatının finalında Portuqaliya yığmasının 28 yaşlı hücumcusu Eder, Fransa seçmə kollektivinin qapısına qol vuraraq komandasına uğur qazandırıb.
 
BAKU.WS