SİZİN REKLAM BURADA!
055 213 76 73


 
MTRŞ-nın şikayəti əsasında məhkəmənin hökmü ilə bağlanan və lisenziyası əlindən alınan ANS TV-nin tezliyini yeni telekanal yayımlanmağa başlayıb.
 
Azxeber.com-un məlumatına görə, artıq bir neçə gündür ki, axşam saatlarından etibarən Azərbaycan ərazisində "Günəş TV" yayımlanmağa başlayıb.
  
Maraqlıdır ki, "Günəş TV" ANS TV-nin tezliyində yayımlanır. Hələ ki, yalnız kinolar yayımlanan TV bu gün "Cəsus uşaqlar-2" filmini yayımlayıb. 
 
Qeyd edək ki, ölkənin ilk uşaq kanalı olan "Günəş TV" 01 aprel 2015-ci il tarixindən şimal bölgəsində yayıma başlayıb. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən "Günəş TV”-nin yayımında şiddət, pis vərdişlər aşılayan kadrlara yer verilmir. Efirdə yalnız milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən verlişlər və filmlər yayımlanır.
 
Son bir neçə gündür ki, "Günəş TV" ümumrespublika yayımında və ANS TV-nin tezliyində efirə gedir.
 
BAKU.WS