SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Paytaxtda ana qızını öldürüb.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Züleyxa Cəfərova qızı, 2001-ci il təvəllüdlü Elfanə Cəfərovanı boğub öldürüb. Z. Cəfərova saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, ana və 15 yaşlı qızının münasibətləri bir müddət imiş pozulubmuş. Qızının hərəkətlərindən narahat olan Z. Cəfərova ona bir neçə dəfə xəbərdarlıq edib. Nəhayət, dünən əsəblərinə hakim ola bilməyən 35 yaşlı qadın 15 yaşlı qızını boğaraq öldürüb.

Qeyd edək ki, ailə başçısı hazırda həbsxanadadır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
BAKU.WS