SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Moskvada polis evakuator vasitəsilə xarici markalı avtomobil oğurlamaqda şübhəli bilinən azərbaycanlını saxlayıb.

Virtualaz.org bildirir ki, bu barədə "Moskva" şəhər xəbərləri agentliyi xəbər yayıb. Xəbərdə deyilir ki, Çeçenistandan olan vətəndaş Moskva polisinə müraciət edərək dəyəri təqribən 1 milyon rubl olan "Mercedes" markalı avtomobilini qorunmayan dayanacaqdan kiminsə oğurlamağa çalışması haqda məlumat verib və kömək istəyib.

Polis əməkdaşları hadisə yerində 37 yaşlı işsiz azərbaycanlını saxlayıblar.

Mənbənin bildirdiyinə görə, azərbaycanlı Sivaşkaya küçəsi, ev 11-in qarşısına evakuator çağırıb və sürücünü avtomobilin özünə məxsus olmasına inandırıb. Amma əməliyyatçılar ona niyyətini axıradək reallaşdırmağa imkan verməyiblər.

Faktla bağlı cinayət işi açılıb.
 
BAKU.WS