SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bakıda yeni dələduzlar peyda olub. 
 
BAKU.WS-in məlumatına görə, paytaxt sakinlərinə yaxınlaşan bir qadın və bir kişi Gürcüstandan gəldiklərini deyir, insanlardan fərqli yalanlarla pul qoparırlar.
 
Paytaxtın mərkəzi küçələrində gəzən qadın eyni adama başqa vaxtlarda 3 dəfə yaxınlaşaraq pul tələb edib. Oxucularımızın verdiyi məlumata görə, qara rəngli "Passat"da əyləyən kişi ilə əlbir olan qadın sakinlərin mərhəmətindən pul qazanmaq üçün istifadə edir. 
 
Şəkildəki qadını görənlərin hüquq mühafizə orqanlarına müraciət etmələri tövsiyyə olunur. 
 
BAKU.WS