SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Şirvanda baş vermiş hadisə ilə əlaqədar yerli tibb müəssisələri səfərbər olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əlavə olaraq hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 5 həkim briqadası göndərilib.

Hadisə nəticəsində zərərçəkənlərə yerində zəruri tibbi yardım göstərilir. Partlayış zamanı xəsarət almış 6 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri ağır qiymətləndirilir.
 
BAKU.WS