SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıdan Gürcütanın Batumi şəhərinə birbaşa avtobus reysi açılır. 

Bu barədə BAKU.WS-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib. Onun sözlərinə görə, həftənin 1,3 və 5-ci günləri yola düşəcək avtobusa biletlərin qiyməti 35 manat olacaq. Avtobus Bakı vaxtı ilə saat 18:00-da yola düşəcək. Mənzil başına isə ertəsi gün səhər saat 9-da çatacağı nəzərdə tutulur. İlk avtobusun nə vaxt yola düşəcəyi isə hələlik bəlli deyil. 

"Sənədləri gözləyirik, yaxın günlərdə fəaliyyətə başlayacaq”, - Məhəmməd Abdullayev əlavə edib.
 
BAKU.WS