SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarə İstanbulun Atatürk hava limanından problemsiz uçuş həyata keçirib.

Bu barədə AZƏRTAC-a "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

O bildirib ki, hazırda Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı Atatürk hava limanında uçuşlar dayandırılıb. Lakin buna baxmayaraq İstanbuldan Bakıya gecə saat 12-də uçuş həyata keçirilib. Sərnişinlər problemsiz şəkildə Atatürk hava limanından Heydər Əliyev Beynəlxalq Aeroportuna yola düşüb.

P.Kəsəmənski qeyd edib ki, növbəti uçuşlar səhər saatlarındadır. Sabaha doğru yaranan vəziyyətə uyğun olaraq uçuşun həyata keçirilməsi ilə bağlı qərar veriləcək.
 
BAKU.WS