VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün saat 17:00 radəlırində Bakıda - Sabunçu-Zabrat yolunda qorxulu anlar yaşanıb. Əlində bıçaq yolu kəsən naməlum kişi sürücüləri həyəcanladırıb.

Bu barədə BAKU.WS-ə hadisə yerində olan jurnalist İradə Cəlil məlumat verib. Onun sözlərinə görə, əlində iri mətbəx bıçağı olan şəxs kiminsə ünvanına təhqiramiz ifadələr işlədərək qışqırmağa başlayıb.
 
Onun hərəkətləri yolda tıxaca səbəb olub. Hadisə yerinə gələn polislər də əlibıçaqlı şəxsi zərərsizləşdirməkdə çətinlik çəkiblər.
 
***
 
Sabunçu rayon Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, sözügedən şəxs Füzuli rayon sakini, 1976-cı il təvəllüdlü Nadir Məmmədov olub. O intihara cəhd edib. Lakin polis əməkdaşları onu fikrindən daşındıra biliblər.
 
BAKU.WS