SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Səbail rayonunda avtomobillər yol polisinn gözü qarşısında qanunu pozurlar.


BAKU.WS
-in məlumatına görə, bu barədə vətəndaşlar dəfələrlə şikayət etsələr də, heç bir fayda yoxdur. Bu dəfə vətəndaşlardan biri redaksiyaya yol polisinin gözü qarşısında kobud qayda pozulmasını əks etdirən video göndərib.

Videodan görünür ki, qara rəngli "Prado” markalı avtomobil piyada keçidində piyadalara yol vermir. Sürücü az qalır qanun çərçivəsində yolu keçən piyadanı vursun. Dəhşət burasındadır ki, bahalı avtomobilin sürücüsü yol polisinin gözü qarşısında insanların həyatını təhlükəyə atır.

Yol polisi isə özbaşınalığa göz yumur. Maraqlıdır görəsən, yol polisi həmin avtomobilin sürücüsünü nə səbəbə saxlamayıb? Bəlkə bahalı maşın olduğuna görə, bəlkə də həmin sürücünü yaxından tanıyırmış? İstənilən halda bu sualların bir cavabı var – özbaşınalıq!

Ziya Səccad
BAKU.WS