SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qubada iyun ayının 2-də vətəndaşlara məxsus mağazalardan müxtəlif məişət , ev əşyaları, ərazaq məhsulları oğurlayan 6 nəfərlik dəstənin kimliyi artıq məlum olub.

BAKU.WS DİN-ə istinadən xəbər verir ki, bunlar Quba şəhər sakinləri -  İlham Muradov, Nəsir Rzayev, Nicat Muradov,  Murad Əşrəfov, Abdulla Abdullayev və Sumqayıt şəhər sakini Murad Allahverdiyevdir.

Onlar həm də insanların inanc yeri olan Səkinə xanım məscidinin qarşısındakı nəzir qutusundan da 350 manat pul da oğurlayıblar.
Hazırda dəstə üzvləri  barədə polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır. Onların oğurladığı məişət əşyaları arasında qiymətli mis qab məmulatları, soyuducu, tikiş maşını və s də var. Araşdırmalar davam edir.
 
BAKU.WS