SİZİN REKLAM BURADA!
055 213 76 73


 
4 iyul 2016-cı il, Bakı – Yay tətil mövsümünün başlanması və Heydər Əliyev Beynəlxalq Hava Limanında yüklənmənin artması, həmçinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan uçan sərnişinlərə aviabiletdə göstərilən uçuş vaxtına üç saat qalmış qeydiyyat masalarına yaxınlaşmağı tövsiyyə edir.

Bundan başqa, Türkiyə Respublikasına giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının  (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 90 gün ərzində etibarlı olmalıdır. Türkiyədə qalmaq üçün viza olduğu halda, pasport vizanın müddəti başa çatdıqdan sonra 60 gün ərzində etibarlı olmalıdır.

Əlavə sual yaranarsa, aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaq: (+99412) 598-88-80 və ya *8880, və yaxud da [email protected] e-mailinə yazmağınız xahiş olunur. Reyslərin gəliş və gediş cədvəlini hava limanının fasiləsiz fəaliyyət göstərən məlumat xidmətinə aşağıdakı telefon nömrəsi vasitəsilə zəng edərək müəyyənləşdirmək mümkündür : (+99412) 497-27-27, və yaxud da aşağıdakı linkdə faylı yükləmək mümkündür: 
 
 
BAKU.WS