SİZİN REKLAM BURADA!
055 213 76 73


 

NASA-nın 2030-cu ildə Marsa insan göndərmək planının icrası yolunda önəmli bir addım atılıb.
 
Avtosfer.az xəbər verir ki, bir müddətdir insanları Marsa aparacaq raketin mühərriklərinin hazırlanması üzərində çalışan NASA, bu həftə nəhəng mühərrikləri uğurla sınaqdan çıxarıb. ABŞ-ın Yuta ştatında keçirilən sınaq 2 dəqiqə davam edib. NASA prosesi 530 fərqli cihazla yaxından izləyib. Uğurla nəticələnən sınağa minlərlə insan canlı tamaşa edib. NASA rəhbərlərindən Uilyam Gerştenmayer (William Gerstenmaier) sınağın nəticələrindən məmnun qaldıqlarını bildirib: "Bu gün burada bu testin gerçəkləşdiyini görmək və mühərrikin ortaya çıxardığı görüntünü, səsi hiss etmək əslində dərin kosmosun kəşfində indiyə qədər qət etdiyimiz inanılmaz məsafəni daha yaxşı anlamağımıza kömək edir”. 

Mühərriklər NASA-nın SLS (Space Launch System) rakertlərində istifadə ediləcək. Raketdə iki nəhəng mühərrik olacaq. Bu mühərriklərdən başqa, maye yanacaqla çalışan 4 əlavə mühərrik də olacaq. SLS raketi ilk olaraq 2018-ci ildə test ediləcək. 
 
BAKU.WS