SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bakıda "yaşıl dalğa”nın tətbiq olunduğu küçə və prospektlərin adları məlum olub. 

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) BAKU.WS-ə verilən məlumata görə, artıq paytaxtın 4 prospektində, həmçinin 11 küçəsində "yaşıl dalğa”ların (işıqforlarda ardıcıl yaşıl işıqlarının yanması) tətbiqinə başlanılıb.
 
İşıqforlarda ardıcıl yaşıl işıqlarının yanmasının tətbiq olunduğu küçə və prospektlər bunlardır:
 
№ Hərəkət istiqamətinin adı
1. Abbasqulu ağa Bakıxanov küçəsi
2. Rəşid Behbudov küçəsi
3. Tbilisi prospekti
4. Üzeyir Hacıbəyov küçəsi
5. Zərifə Əliyeva küçəsi
6. Akademik Həsən Əliyev küçəsi
7. Alfred Nobel prospekti
8. Hüseyn Cavid küçəsi
9. Bülbül prospekti
10. Səməd Vurğun küçəsi
11. Cəfər Cabbarlı küçəsi
12. Hənifə Ələsgərova küçəsi
13. Təbriz küçəsi
14. Abbas Mirzə Şərifzadə küçəsi
15. Qara Qarayev prospekti
 
Qeyd edək ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yeni tədris ili ilə bağlı tətbiq etdiyi yeniliklərdə həmçinin avtomobillərin küçə və prospektlərdən keçməsi sayının artımı da nəzərə alır. Avtomobillərin hərəkət intensivliyinə dair statistik məlumatlar çıxarıldıqdan sonra əsas yollarda "yaşıl dalğa”ların sayı artırılır.

Yəni nəqliyyat vasitələrinin dayanmaması üçün yol boyu ardıcıl olaraq bir neçə svetoforda yaşıl işıq yandırılır. Artıq bu işlərin tətbiqinə başlanılıb. Bundan başqa, paytaxt ərazisindəki təhsil müəssisələrinin əraziləri müəyyən olunub və "yaşıl dalğa”lar daha çox məhz təhsil ocaqlarının yerləşdiyi ərazilərdə tətbiq olunur.

Çünki burada avtomobillərin sayı həddindən artıq çox olur. Ona görə də avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün "yaşıl dalğa” əmri daha çox bu ərazilərdə tətbiq olunacaq.
 
BAKU.WS