SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda qəribə qətl hadisəsi baş verib. Hadisə Göyçay rayonunda qeydə alınıb.
 
Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin Heydər Əliyev küçəsi 24 saylı mənzildə qeydə alınıb. Həmin ünvanda yaşayan 1963-cü il təvəllüdlü Cəbrayıl İsmayıl oğlu Kərimov yaşadığı evdə Ağdam rayon sakini 1991-ci il təvəllüdlü Sərxan Süleymanov tərəfindən qətlə yetirilib. Aparılan araşdırmalar nəticəsində qətli törədən 25 yaşlı gənc tutularaq istintaqa təhvil verilib.

Araşdırma zamanı bəlli olub ki, gənc əslində başqa adamı öldürməyi planlaşdırıbmış. Belə ki, 25 yaşlı gəncin bacısı iki ay əvvəl şəhərin Hüseynbala Əliyev küçəsində O.Quliyev adlı bir şəxsə qoşularaq qaçıb. Bir müddət birlikdə yaşayan cütlüyün münasibətləri daha sonra pozulub və onlar tez-tez dalaşıb.

Sərxan Süleymanov isə bacısının "qəlbini qıran” kişini cəzalandırmaq qərarına gəlib. Bu məqsədlə o, Göyçaya gəlib, lakin küçələrin adını səhv salıb. Nəticədə o, H.Əliyev küçəsindəki Cəbrayıl Kərimovun evinə girib və ona yatdığı yerdə 19 bıçaq zərbəsi endirib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Cəbrayıl Kərimovun uzun illərdir, Göyçay rayonunda kafe və restoran xidməti ilə məşğul olduğu bildirilir.
 
BAKU.WS