SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin Antalya şəhərində yaşayan ruslar iki ölkə arasında münasibətlərin bərpa olunmasını bayram ediblər. ANS PRESS-in məlumatına görə, bayram tədbiri rus diasporasının iştirakı ilə Belekdə Alva Donna oteldə təşkil edilib.

"Rusiya-Türkiyə münasibətlərinin inkişafı müsbət zonaya keçdi. Biz ümid edirik ki, münasibətlər daha da yaxşılaşacaq", - deyə cəmiyyətin sədri İrina Balcı bildirib.

İki ölkə arsında münasibətlər gərgin olan zaman Alva Donna oteli hər zaman rus daisporasına dəstək nümayiş etdirib. Otel müxtəlif layihələrdə cəmiyyəti maliyyələşdirib.

Bayram tədbirində otelin baş əlaqələndiricisi Şevket Belen çıxış edib. O, bütün tədbir iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik edib.

Türkiyə-Rusiya arasında münasibətlər ötən ilin noyabr ayında Suriya ilə sərhəddə "Su-24" qırıcısının vurulmasından sonra pisləşmişdi. Türkiyənin hava məkanını pozduğu üçün vurduğunu dediyi təyyarə insidentindən sonra Rusiya bir sıra iqtisadi sanksiyalar tədbiq edib. Putin bunu "arxadan vurulan zərbə" adlandırıb. 

Rusiya vətəndaşlarına Türkiyəyə getməmək barədə çağırış edilib, eləcə də birtərəfli qaydada viza rejimi bərpa edilmişdi.

Bir neçə gün öncə Ərdoğan rusiyalı həmkarına məktub göndərib və noyabrda baş verən hadisəyə görə üzrxahlıq edib. Bundan sonra iki ölkə arasında soyuyan münasibətlərdə irəli doğru daha bir addım atılıb. Bu gün Putin və Ərdoğan arasında telefon danışığı baş tutub. Prezidentlər qısa zamanda üz-üzə görüş barədə razılığa gəliblər.
 
BAKU.WS