Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
 
BAKU.WS xəbər verir ki, telefon danışığı 40 dəqiqə çəkib. Ərdoğanın mətbuat xidməti danışıqların səmərəli keçdiyini, dövlət başçılarının müəyyən razılığa gəldiklərini bildirib. Danışıqlar zamanı iki ölkə arasında münasuibətlərin qaydaya salınmasının vacibvliyi vurğulanıb. Həmçinin İstanbulda baş verən terror aktı pislənilib. Putin bütün Türkiyə xalqına başsağlığı verib. 

Rusiya Prezidentinin mətbuat xidmətinin açıqlamasında isə Putinin Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların qaldırılması haqqında göstəriş verdiyi və rusiyalı turistlərin Türkiyəyə getmələrinə icazə verildiyi bildirilib.  

Həmçinin prezidentlər ikitərəfli münasibətlərin yenidən canlandırılması və terrora qarşı birgə mübarizə məsələlərini müzakirə etmək üçün üz-üzə görüşmək barədə də razılığa gliblər.

BAKU.WS