VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

İstanbul valisi Vasip Şahin hadisə ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, terror aktını 3 kamikadze törədib. Hadisə zamanı ölənlərin sayı 28 nəfərə çatıb. 
 
*** 
 
Partlayış nəticəsində 10 nəfərin öldüyü bildirilir. İlkin məlumatlara görə, yaralıların sayı 40-dan çoxdur. 
 
*** 
 
Bir neçə dəqiqə əvvəl İstanbulda Atatürk hava limanında iki partlayış olub.
 
BAKU.WS xəbər verir ki, hadisə xarici xəttlər terminalında baş verib. Partlayışdan sonra hava limanında atəş səsləri eşidilib.
 
40-dan çox  yaralı olduğu bildirlir. İlkin məlumatlara görə, iki terrorçu polislərin onlardan şübhələndiyini hiss edərək üzərilərində olan qumbaraları partladıblar. Bundan sonra polislə terrorçular arasında atışma olub.
 
Hava limanı bağlanıb. Bütün uçuşlar təxirə salınıb. Təyyarələrin enməsinə və qalxmasına icazə verilmir.
 
BAKU.WS
BAKU.WS