SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Son günlər Ağdaş rayon Qoşaqovaq kəndində baş verən olaylar, ölkə mediasında,sosial şəbəklərdə hər kəsin marağına və təcübünə səbəb olub. Kənd sakinləri qorxu və təlaş içindədir.
 
Jurnalistlər gecədən səhərədək adı çəkilən kənddə olaraq, baş verən hadisələri lentə ala biliblər. Kənd sakinlərinin hər şeyin gecə baş verdiyini iddia etməsi səbəbindən jurnalistlər də həmin vaxtı gözləyiblər. Başlanğıcda rayon mərkəzindən xeyli aralıda olan Qoşaqovaq kəndində sakitlik höküm sürüb. Ancaq kəndin mərkəzində, polislərin və sakinlərin cəmləşdiyi əraziyə çatdıqdan bir neçə dəqiqə sonra, naməlum kimsənin həyətlərin birində peyda olduğu xəbəri gəlib. Həmin anlar təqdim edirik. 

Qoşaqovaq kənd bələdiyyə sədri isə deyir ki, gecələr həqiqətən də kənddə gəzən var. Ancaq bu, hansısa başqa məxluq yox, insandır. Kəndin bələdiyyə sədri Cəbrayıl Həşimovun sözlərinə görə, indiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib. Bununla belə sakinlər narahatdır. Ağdaş rayon polis şöbəsinin əməkdaşları və sakinlər naməlum şəxs və şəxslarin tutulması üçün kəndin müxtəlif ərazilərində axdarış işləri aparır. (xeberoxu.com)
 
BAKU.WS