VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Tovuzda qadın meyiti aşkarlanıb.

BAKU.WS Kəpəz TV-yə istinadən xəbər verir ki, dünən axşam saatlarında Əsrik çayının rayonun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində meyiti tapılan qadının Aşağı Quşçu kənd sakini, 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədova olduğu məlum olub. Onun bıçaqlanaraq qətlə yetirildiyi bildirilir.

Faktla bağlı Tovuz rayon Prokuroluğöunda cinayət işi açılıb araşdırma gedir.

***

Lent.az-ın əldə etdiyi məlumata görə, naməlum şəxs və ya şəxslər Günay Gülməmmədovanın boğazını kəsərək onu öldürüb. Gənc qızın meyiti Aşağı Quşçu kəndi yaxınlığında Əsrik çayının üzərindəki körpünün altına atılıb.

Bildirilir ki, 17 yaşlı qız keçən il orta məktəbin 9-cu sinfini bitirdikdən sonra təhsilini yarımçıq saxlayıb. Onun anası bir müddət əvvəl vəfat etdikdən sonra taksi sürən atası başqa qadınla ailə qurubmuş.

Hazırda hadisənin hansı şəraitdə, kim tərəfindən və nə səbbədən törədilməsi araşdırılır.