VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Formula 1 üzrə Avropa Qran-prisinin sərbəst yürüşündə maraqlı hadisə baş verib. 

BAKU.WS Report-a istinadən məlumat verir ki, "Haas" komandasının pilotu Esteban Qutyerres yolu səhv salıb.

Trekin 16-cı döngəsində sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib yolun bağlı olduğunu görüb. Daha sonra pilot bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib.

"Renault"un pilotu Kevin Maqnussen də həmin döngədə eyni halı yaşayıb. Analoji hadisə ilə eyni döngədə "Red Bull" komandasının pilotu Daniil Kvyat da üzləşib.

Qeyd edək ki, hazırda ən yaxşı göstərici "Mercedes"in pilotu Lyuis Hamiltona məxsusdur.
 
BAKU.WS