SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Türkiyənin ev sahibliyi etdiyi daha daha bir hərbi təlimdə iştirak edəcək. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞIK-2016" adlanan təlimlərə Azərbaycan, Şİmali Kipr Türk Cümhuriyyəti, Macarıstan, Rumıniya, Səudiyyə Ərəbistanın Quru Qoşunları, Hərbi Dəniz Donanması və Hərbi Hava Qüvvələri iştirak edəcək. Təlimlər 20-30 iyun tarixində Konyadakı təyyarə bazasında keçiriləcək.

Təlimlərə Belçika, Qətər, Kenya, Kosova, Livan, Makedoniya, Malayziya, Polşa, Sudan, Çili, Yunanıstan, Banqladeş və Sinqapur hərbçiləri nəzarətçi kimi qatılacaq.

BAKU.WS