SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistanda bu ilin aprel ayının 2-nə keçən gecə Azərbaycan ordusunun bölmələrinin düşmən mövqelərinə hücumunun ilk dəqiqələrini əks etdirən sensasion videokadrlar yayılıb.

Virtualaz.org xəbər verir ki, kadrlarda onlarla Azərbaycan əsgərinin erməni mövqelərinə yaxınlaşdığı əksini tapır. Kadrlar saat 04.15-dən başlayaraq gecə müşahidə cihazından çəkilib, Bu kadrların yayılması Ermənistanda birmənalı qarşılanmayıb.

"Aydındır ki, bu kadrları dərc edənlər erməni ordusunun və erməni dövlətinin maraqlarını güdməyiblər. Əgər kadrlar realdırsa o zaman onların yayılması ən azı hərbi sirrin açılmasıdır. Dünyada bunun bir adı var-satqınlıq”-erməni politoloq Qrant-Melik Şahnazaryan Facebook səhifəsində yazıb. O, günahkarları tapıb cəzalandırmağa çağırıb.

Yerkir.am saytı isə Ermənistan Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndəsinə istinadən bildirir ki, internetə yarımçıq material qoyulub. Həmin kadrlarda Azərbaycan əsgərlərinin erməni mövqelərinə doğru irəlilədiyi əksini tapsa da iddia edilir ki, bu döyüşdə ermənilər heç bir mövqeni əldən verməyiblər.

Lakin kadrlardan görünür ki, erməni əsgərləri Azərbaycan ordusunun yaxınlaşdığını görüb təşviş içərisində bir-birlərinə zəng vururlar. Azərbaycan Müdafiə Nazirliyi kadrların yayılmasına şərh verməyib.
 
BAKU.WS