SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı metrosu iyunun 22-dən yay qrafikinə keçir.

Bu barədə BAKU.WS-ə verilən məlumata görə, yeni qrafikə əsasən qatarların hərəkət cədvəli 24 cüt/saat qatarla olacaq. Belə ki, qış qrafikində bunlar 30 cüt/saat qatarla idi.

Yay qrafikinə keçəndən sonra Həzi Aslanov - 28 May stansiyaları arası interval pik saatlarda 2.5 dəqiqə, qeyri-pik saatlarda isə 3 dəqiqə, 28 May-İçərişəhər, 28 May-Dərnəgül arası interval isə müvafiq olaraq 5-6 dəqiqə olacaq.
 
Qeyri-iş günlərində isə fərqli qrafik tətbiq ediləcək. Əvvəl Həzi Aslanovdan 1 saatda 30 qatar çıxırdısa, indi 24 qatar çıxacaq. Pik saatlarda qatar 2 dəqiqədən bir yola düşürdüsə, indi 2,5 dəqiqədən bir çıxacaq.

BAKU.WS