VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu həftə üç gün iş olmayacaq. İyun ayında bayramlarla əlaqədər qeyri-iş günlərinin sayı açıqlanıb. Nazirlər Kabinetindən ANS PRESS-ə verilən məlumata görə, ölkədə 15 iyun - Milli Qurtuluş günü kimi qeyd edilir. Buna görə də çərşənbə günü iş olmayacaq. 

26 iyunda isə Azərbaycan Silahlı Qüvvələr günü qeyd ediləcək. Bayram bazar gününə təsadüf etdiyi üçün 27 iyun qeyri-iş günü elan edilib. Bununla da beşgünlük qrafiklə çalışanlar üç - şənbə, bazar və bazar ertəsi günü, altı gün işləyənlər isə 25-26-27 iyun tarixlərində istirahət edəcəklər. 

Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.
 
 
BAKU.WS