Peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədov öz kəmərini fövqəladə hallar naziri Kəmalədiin heydərovun oğlu Tale Heydərova bağışlayıb.
 
BAKU.WS xəbər verir ki, bu barədə Fariz Məmmədov öz instagram səhifəsində yazıb. O qeyd edib ki, bu gün "Qəbələ" idman klubunun prezidenti Tale Heydərovla görüşüb və çempionluq kəmərini klub rəhbərinə hədiyyə edib.

"Son illər əldə etdiyim bütün uğurlara görə başda Tale Heydərov olmaqla "Qəbələ” İdman Klubuna borcluyam. Azərbaycanın peşəkar boksda ilk dünya çempionu olmağımda onların rolu böyükdür. Ona görə də Tale Heydərovdan xahiş etdim ki, kəmərimi qəbul etsin. Əvvəl qəbul etmək istəmədi. Ancaq israrla xahiş etdikdən sonra kəməri qəbul edib, otağının ən gözəl yerlərindən birinə qoydu”, - çempion əlavə edib.
 
BAKU.WS