VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tovuz sakini sevimli maşınını bu günümüzə çox yaxşı vəziyyətdə gətirib çıxara bilib. İstehsal ilini görüb avtomobilə baxanda insanda bir qədər təəccüb yaranır. 1954-cü ilin buraxılışı belə saz vəziyyətdə qalar? Bəli, Aslan İsmayılov "Moskviç-401" modelini keçmişdən gələcəyə gətirə bilib, özü də işlək vəziyyətdə. Görənlərin diqqətini çəkən avtomobil digər modellərdən mühərrikin gücünə görə fərqlənir. A.İsmayılov deyir ki, "VAZ" markalı maşınların gedə bilmədiyi yolları "Moskviç-401" ilə rahat qət edə bilir.

BAKU.WS Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, gənc yaşlarından Rusiyanın müxtəlif şəhərlərində sürücülük edən Yuxarı Öysüzlü kənd sakini bu ölkədə istehsal edilən avtomobillərin həvəskarıdır. Hazırda A.İsmayılovun həyətində "Moskviç-401" ilə bərabər, "VAZ 21-011", "VAZ 21-07" markalı avtomobillər də dayanıb. 62 illik "Moskviç"ə gəldikdə isə sürücü əmin edir ki, onun hər hansı bir detalı dəyişdirilməyib.

A.İsmayılov sevimli avtomobilinin sükanını heç kimə etibar etmir. Amma 60 min manat verən olsa fikrini dəyişə bilər…

Maraqlıdır ki, bu yığcam, yanacağa qənaətli avtomobil yalnız 1955-ci ilə qədər istehsal olunub. İndi "Moskviç-401"-in belə saz vəziyyətdə olan nümunəsinə çox nadir hallarda rast gəlinir.
 
BAKU.WS