VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Son vaxtlar yol hərəkəti qaydalarını pozan sürücülərlə bağlı tədbirlər sərtləşdirilib. Lakin maraqlısı odur ki, Dövlət Yol Polisi əməkdaşlarının özlərinin qayda pozuntusu halları da artıb. Belə bir hadisə dünən də qeydə alınıb.
 
BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99-YP-431 dövlət nömrə nişanlı avtomobil parketmə qaydalarını kobud şəkildə pozub. 8 iyun 2016-cı il tarixdə, 12:15 radələrində şəhərin mərkəzi küçələrindən biriylə - Əziz Əliyevlə hərəkət edən polis əməkdaşı avtomobili düz yolun ortasında saxlayıb. O, yolun kənarlarında yer olmasına rəğmən avtomobili yolun hərəkət hissəsində saxlayıb və sayrışan işıqları yandıraraq maşını tərk edib. Maraqlısı isə odur ki, polis əməkdaşı sayrışan işığı yandıraraq hansısa xidməti işlə məşğul olmayıb. Sadəcə olaraq yaxınlıqdakı mağazaya girib.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov polis əməkdaşının avtomobili qanunsuz park etmək üçün sayrışan işıqlardan istifadə etməsiylə bağlı məsələni aznews.az-a şərh edib. O, polisin xidməti yararlılıq məsələsinin sual altında olduğunu deyib: "Əgər polis sayrışan işıqları yandırıb dükana girirsə, demək ki, xidmət başında deyil. O zaman zəhmət çəkib, yol hərəkəti qaydalarına riayət etməli, avtomobili qırağa çəkməlidir. Qayda pozuntusu zamanı sayrışan işıqları yandırması isə artıq qanunda nəzərdə tutulan səlahiyyətlərindən sui-istifadədir. Patrul avtomobilində miqalka, səs ona görə qoyulmayıb ki, polis əməkdaşları istədiyi vaxt öz məişət məqsədləri üçün istifadə etsin. Yalnız xidmət zamanı istifadə edə bilərlər. Qaydalar çərçivəsində hərəkət etməyin xidmətin mənafeyinə ziyan vura biləcəyi təqdirdə polisə qaydaları pozmağa icazə verilir. Polis əməkdaşı da qaydanı lazımsız vaxtda pozursa, o zaman inzibati məsuliyyətə cəlb edilə bilər. Həm də həmin polisin xidməti yararlılıq məsələsinə baxılmalıdır ki, o, xidmətdə qala bilər ya yox”.

Sözügedən hadisə anbaan lentə alınıb. Həmin görüntüləri təqdim edirik:
 
BAKU.WS