SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Azərbaycan Silahlı Qüvvələrinin giziri, Şəkidən hərbi xidmətə çağrılan, ailəsi Mingəçevirdə yaşayan Rahim Tağıyev 2-5 aprel tarixində cəbhə xəttində gedən döyüşlərdə başından ağır yaralanıb. Həmin dövrdən o koma vəziyyətindədir".

BAKU.WS-ın məlumatına görə, bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə özünün Facebook səhifəsində məlumat verib.

A. Mirzəzadə bildirib ki, R.Tağıyev bir neçə dəfə əməliyyat olunub, vəziyyəti daima xaricdə təcrübə keçmiş həkim nəzarəti altındadır: "Onun vəziyyəti ilə bir neçə gün əvvəl Mərkəzi Hərbi Hospitalda olarkən maraqlandım. Ailə üzvləri ilə telefonla danışdım, problemləri illə maraqlandım. Rahim il yarım bundan əvvəl Dəmirbankdan öz adına kredit götürüb. Banka müraciət edildi və bankın qərarı ilə yaralı gizirin banka kredit borcu ləğv edilib.

R.Tağıyev beş il əvvəl İpoteka Fondundan Azəriqazbank xətti ilə mənzil krediti götürüb, yaralanana qədər vaxtlı-vaxtında ödəniş edib. Gizirin indiki vəziyyəti nəzərə alınaraq məsələ ilə bağlı İpoteka Fondunun hüququ varisinə müaciət edildi. Məsələ sığorta şirkəti ilə araşdırılaraq hal-hazırda ondan ödəniş tələb edilmir və son qərar yaralının sağalmasından sonra onun maraqlarına uyğun qəbul edilməsi qərara alınıb. Bütün bu nəticələr barəsində yaralı gizirin ailəsinə məlumat verilib". - deyə millət vəkili bildirib.
 
BAKU.WS