VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlar və dövlət qurumları ilə birlikdə apardığı araşdırma nəticəsində 7 iyun 2016-cı il tarixdə Ermənistan Respublikasına keçdiyi bildirilən Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib.
 
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından BAKU.WS-ə verilən məlumata görə, həmin qadın Gədəbəy rayonu, Arabacı kənd sakini 1977-ci il təvəllüdlü, Ələkbərova Qətibə İbrahim qızıdır. Araşdırma nəticəsində Ələkbərova Qətibə İbrahim qızının Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyən edilib.

Hazırda Dövlət Komissiyası tərəfindən Ələkbərova Qətibə İbrahim qızının azad edilməsi istiqamətində tədbirlər görülür. 

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
 
BAKU.WS