VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Rusiyanın "AvtoVAZ" şirkəti İranın avtomobil istehsalçısı olan "Iran Khodro" şirkətinin Azərbaycandakı zavodlarının birində "Lada" modelinin 3 növünü istehsal edəcək.
 
"APA-Economics" xəbər verir ki, 2020-ci ilə qədər Rusiyanın "KamAZ", QAZ və "AvtoVAZ" şirkətləri İranla irimiqyaslı ticarət qurmağı planlaşdırırlar. Artıq bununla bağlı "yol xəritəsi" hazırlanır.
 
Hər iki ölkənin aidiyyatı qurumları "yol xəritəsi"ni öz hökumətlərinə təqdim edib.
 
Rusiyanın Ticarət və Sənaye Nazirliyindən bildirilib ki, "AvtoVAZ" "İran Khodro"nun Azərbaycandakı zavodunda "Lada Granta", "Lada Kalina", "Lada Priora" modellərinin istehsalına başlayacaq.
 
BAKU.WS