SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Çeçenistan lideri Ramzan Kadırov müsəlman ölkələrinin liderlərindən yardım istəyib.
 
BAKU.WS-in "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Kadırov instagram hesabında bildirib ki, Əfqanıstan, İraq, Suriya, Fələstin, Liviya, Yəmən, Əlcəzair, Sudan, Somalidə 10 minlərlə müsəlmanın öldüyü bir şəraitdə islam ölkələrinin susmağa, kənara çəkilib müşahidəçi olaraq baxmağa haqqı yoxdur: 

"21-ci əsrdir. Qərb və ABŞ yüksək tribunalardan demokratiya, insan haqları haqda danışırlar, əmin edirlər ki, insan həyatından dəyərli heç nə yoxdur. Lakin praktikada onlar Əfqanıstan, İraq, Suriya, Fələstin, Liviya, Yəmən, Əlcəzair, Sudan, Somalidə və digər ölkələrdə 10 milyonlarla müsəlmanın faciəsində rol oynayırlar. ABŞ və Avropa bu ölkələri dağıtdılar, iqtisadiyyatı məhv etdilər, uzunmüddətli daxili münaqişələrə səbəb oldular, çarəsiz insanları qaçqın həyata yaşamağa məcbur etdilər. Bu gün aclıq və müharibədən xilas olmağa çalışan 100 minlərlə insan Avropaya keçməyə çalışır. Lakin onlar Aralıq dənizində avtofurqonlarda boğularaq ölürlər. Dəniz minlərlə afrikalı və asiyalı üçün qəbirstanlığa çevrildi. BMT baş katibi Pan Gi Mun, Avropa ölkələrinin prezident və nazirləri bildirirlər ki, "narahatdırlar”. 

Bu gün 10 minlərlə müsəlman qadın, uşaq və gənclər ölürlər. Bu şərtlər altında islam ölkələrinin liderləri susmaq, müşahidəçi qismində bir kənara çəkilmək mövqeyi tuta bilməzlər. Qiyamət günü buna görə sərt sorğu-sual olacaq. 

Bu səbəbdən Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Oman, Bəhreyn, Küveyt, İordaniya, İndoneziya, Malayziya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Tacikistan və digər müsəlman ölkələrinin liderlərini inanc qardaşlarının müdafiəsinə çağırıram. əgər bu gün Qərbin qeyri-insani siyasətinə qarşı çıxmasaq, sabah bəla istənilən islam ölkəsinə gələ bilər”.
 
BAKU.WS