SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İspaniyada 28 yaşlı Leyla Sultanqarevanın cəsədi 48 yaşlı italyan biznesmenlə birlikdə dəbdəbəli yaxtada tapılıb.
 
ANS PRESS-in məlumatına görə, 28 yaşlı qız bir müddət əvvəl Kazandan gələrək paytaxt Moskvada Dövlət İdarəetmə Universitetində təhsil almağa başlayıb.

İtalyan mətbuatında yer alan xəbərlərə görə, 48 yaşlı iş adamı münasibətdə olduğu 28 yaşlı tələbə ilə birlikdə İspaniyaya istirahətə yollanıb. Cütlük birlikdə şam etdikdən sonra icarəyə götürdükləri yaxtaya qayıdıb. Daha sonra nələrin baş verdiyi haqqında hələ ki heç bir məlumat yoxdur. Polisin yaxtada aparılan axtarışları nəticəsində bahalı spirtli içki və narkotiklər tapılıb.

Araşadırmaçıların sözlərinə görə, biznesmen və onun sevgilisi dəm qazından boğulub. Cütlüyün cəsədi növbəti gün səhər saatlarında yaxtanın sahibləri tərəfindən aşkar olunub.
 
BAKU.WS