VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son zamanlar bəzi avtomobillər tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması adi hal alıb.

Xüsusilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ qaziləri və müharibə əlillərinə verilmiş avtomobillərin dövlət nömrə nişanı olmadan idarə olunması, qəza şəraiti yaratmaları barədə dəfələrlə məlumat verilib. 

Ötən gün də OKA markalı avtomobil Bakının Mikayıl Müşfiq küçəsində, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısında ciddi qayda pozuntusuna yol verib. 300 metrdən çox məsafəni qarşı zolağa keçməklə hərəkət edən OKA markalı avtomobil qəza şəraiti törədib. 

BAKU.WS həmin videonu təqdim edir: