SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı Nəqliyyat Agentliyinin və "Azəravtayol" ASC-nin birgə layihəsinə əsasən Süleyman Sani Axundov küçəsinə doğru irəliləyən avtobuslar sözügedən küçə ilə kəsişmədə yaradılacaq hərəkətin əks istiqamətində olan xüsusi dayanacağa daxil ola biləcəklər.
 
Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, Azadlıq prospektində cəmiyyət tərəfindən təmir işləri aparılan ərazidə avtonəqliyyat vasitələrinin hərəkətində dəyişikliklər edilir. Ediləcək dəyişikliyə görə, avtonəqliyyat vasitələrinin prospektdən sağa, Cəfər Xəndan küçəsinə işıqfordan dönmək qadağan olunacaq. Bunun əvəzinə sürücülər kəsişməyə çatmamış köməkçi yoldan istifadə edərək maeəsiz saga doğru hərəkətlərini davam etdirə biləcəklər. Cəfər Xəndan küçəsinə rahat hərəkəti təmin etmək üçün köməkçi yolda genişləndirmə işləri aparılıb, asfalt-beton örtüyü yenilənib.

Tətbiq olunacaq daha bir dəyişiklik isə müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulub. Belə ki, avtobusların ümumi hərəkətə mane yaratmadan hərəkətini təmin etmək, bununla da sıxlığı aradan qaldırmaq üçün onların Cəfər Xəndan küçəsi ilə kəsişmədən prospektin əsas yolu ilə Süleyman Sani Axundov küçəsi ilə kəsişməyə doğru (Azadlıq metrostansiyası) hərəkətinə qadağa qoyularaq yan yola yönəldiləcək.

Avtobuslar da Cəfər Xəndan küçəsi ilə kəsişməyə çatmamış köməkçi yola daxil olacaqlar. Daha sonra kəsişməni keçərək yan yolla hərəkətlərinə davam edə biləcəklər. Kəsişməyə bunun üçün əlavə işıqforlar quraşdırılacaq.
 
Sərnişin avtobuslarının prospektin yan yolundan Məsud Davudoğlu küçəsinə (6-cı mkr. istiqaməti) keçidini təmin etmək üçün əsas yola doğru yeni hissə açılıb. Yeni yol hissəsindən Məsud Davudoğlu küçəsinə keçid işıqforlarla tənzimlənəcək. Süleyman Sani Axundov küçəsinə doğru irəliləyən avtobuslar isə sözügedən küçə ilə kəsişmədə yaradılacaq xüsusi dayanacağa daxil olduqdan sonra M.Ə.Rəsulzadə qəsəbəsinə doğru prospekt boyunca hərəkətlərinə davam edə biləcəklər.

Əlavə məlumat üçün qeyd edək ki, birbaşa geridönmə tətbiq edilməmişdən öncə ictimai nəqliyyat vasitələrinin İbrahimpaşa Dadaşov küçəsinə daxil olma imkanları məhdud idi. Bu layihə ictimai nəqliyyat vasitələrinin xidmətindən yararlanacaq sərnişinlər üçün qət edəcəkləri məsafəni əsaslı dərəcədə qısaltmağa imkan verəcək. 
 
BAKU.WS