Axşam saatlarında Daşkəsən rayonuna yağan leysan yağış sonradan doluya çevrilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, dolu rayonun Yuxarı Daşkəsən və Mədənçilər qəsəbəsində əkin sahələrinə ziyan vurub.

Diametri 20-25 mm. olan dolu nəticəsində meyvə ağaclarına da ziyan dəyib.

Hazırda rayonda yağış kəssə də, hava tutqundur və yenə yağıntı olacağı gözlənilir.
 
 
Şəkiyə də dolu düşüb. Kanal S-in (Region TV) məlumatına görə, Şəkiyə yağan leysan yağışları bir sıra fəsadlar törədib. Ən çox dolu Şəkinin Şin kəndinə yağıb.

Bəzi kəndləri sel basıb, əkin sahələrinə ziyan dəyib, ağaclar aşıb, telefon xəttləri kəsilib.
 
BAKU.WS