İstər Bakıda, istərsə də ölkənin ayrı-ayrı bölgələrində Dövlət Yol Polisinə məxsus avtomobillərin kobud qayda pozuntusuna yol verdiyinin şahidi olmuşuq. Əsasən də əks istiqamətdə hərəkət etməklə qarşıdan gələn avtomobillər üçün ciddi təhlükə törədirlər. Xüsusilə də evaukatorlar. Durma-dayanma qaydasını pozan avtomobilləri sahibi gəlmədən ərazidən uzaqlaşdırmaq üçün maksimum çeviklik göstərən evaukatorlar hər cür qayda pozuntusuna yol verirlər. Əks istiqamətdə hərəkət etmək isə çox adi hala çevrilib.

BAKU.WS xəbər verir ki, bu gün səhər saatlarında Bakının Nizami küçəsində Dövlət Yol Polisinə məxsus evakuator durma-dayanma qaydasını pozmuş  90 PC 761 dövlət nömrə nişanlı Changan markalı avtomobili ərazidən götürərkən kobud qayda pozuntusuna yol verib. Respublika Baş Prokurorluğunun yanında əks istiqamətdə hərəkət etməklə qarşıdan gələn avtomobillər üşün təhlükə törədib. 

Eyni zamanda hərəkət zamanı sayrışan işılardan istifadə etməyən evakuatorun, dövlət nömrə nişanı da yararsız vəziyyətdə olub.

Faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov BAKU.WS bildirib ki, DYP-yə məxsus avtomobil lüzumsuz olaraq qayda pozuntusuna yol verə bilməz. Belə vəziyyət vətəndaşlar arasında toxunulmazlıq anlayışı yarda bilər ki, buna yol vermək olmaz. Amma DYP məxsus evakuator iş başındadırsa, həmin avtomobilin əks istiqamətdə hərəkət etməsinə görə, sürücünü inzibati məsuliyyətə cəlb etmək olmur. Amma sayrışan işıqlrı yandırmamaqla təhlükəsizlik qaydaları pozulub. O cümlədən, avtomobilin dövlət nömrə nişanının yarasız vəziyyətdə olmasına görə də ölçü götürüləcək. 

BAKU.WS