SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Aprel döyüşlərində ağır yaralanaraq Mərkəzi Hərbi Hospitalda müalicə olunan "Rembo" ləqəbli döyüşçümüz Razi Cavadovdan xəbər var. 

BAKU.WS xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə ona baş çəkib. Millət vəkili onun müalicəsinin yaxşı getdiyini deyib. 

Millət vəkili aprel döyüşlərində ağır yaralanaraq müalicə olunan Mingəçevir sakini Rahim Tağıyevi də ziyarət edib. Qeyd edək ki, Rahim qəhrəmanlıqla vuruşub və aprel ayının 4-də başından ağır yaralanıb. Cərrahi əməliyyatlardan sonra reanimasiya dövrü keçir.
 
"Ona bütün diqqət göstərilir, onu həm əməliyyat edən və gündəlik nəzarət edən həkim dəfələrlə xaricdə çoxaylıq kurslarda təcrübəsini təkmilləşdirmiş həkimlərimizdəndir. Palatada Rahimlə birgə yatan bir gizir və bir əsgərlə də söhbət etdim. Əhval-ruhiyyələri yüksəkdir, valideynləri ilə görüşlərinə daim şərait yaradılır. Həmçin qonşu palatada müalicə olunan Rembo ləqəbli hərbiiçimizlə də görüşdüm. Malicəsi yaxşı gedir. Palatada mənimlə birgə olan baş həkim polkovnik-leytenant Tofiq Tağıyev və tibbi personalla da söhbət etdim. İşlərinə məsuliyyətlə yanaşdıqları hiss edilir. Bir tibb bacısı aprel günlərində öz təşəbbüsü və təkidi ilə düz 27 gün palatalarda ağır yaralıların yanında qalmış və hətta onlara ev yeməyi bişirirmiş. Sonradan Rahimin ailəsinə zəng edərək onalara ziyarətim və gördüklərim barədə danışdım və yaralının müalicəsinin ciiddi nəzarətdə olduğunu söylədim", - deyə Aydın Mirzəzadə qeyd edib.