SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Region TV teleşəbəkəsinə daxil olan, Azərbaycanın ilk uşaq telekanalı Günəş TV balacaların günündə onları sevindirib. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə "Yollarda uşaqların təhlükəsizliyini qoruyaq” aksiyasında maraqlı anlar yaşanıb. Balaca polislər böyük sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə çağırıblar.

Azyaşlı uşaqlar yol qəza hadisələrindən sığortalanmayıblar. Balacaların həyat və sağlamlıqlarının qorunması cəmiyyətin hər bir üzvünü düşündürməlidir.

Vaqif Əsədov - Bakı şəhər BPİ-nin mətbuat katibi: "Sözsüz ki, yol qəza hadisələrinin minimuma endirilməsində yol polisi təbliğat işlərinin aparılmasına da  önəm verir. Məhz bu gün 1 iyun - Uşaqların Müdafiəsi Günüdə sizin televiziya ilə birgə əməkdaşlıq edərək təbliğat aparması heç də təsadüfi deyil. Yəni yol hərəkəti haqqında qanunun tələbləri uşaqların dili ilə saxlanılan nəqliyyat vasitəsinin sürücülərinə tövsiyyə olaraq bildiriləcək".

Bayram günündə balaca polislər yol hərəkət qaydasını pozan hər bir sürücü ilə tövsiyyə xarakterli söhbət etdilər. Azyaşlılar həmçinin yol hərəkəti haqqında qanunla bağlı  öz bilik və bacarıqlarını da paylaşdılar.

Azərbaycanın ilk uşaq kanalı olan Günəş TV cəbhə bölgəsində yaşayan uşaqları da unutmayıb. "Onlar uşaqlıqlarını yaşaya bilməyiblər” adlı sosial çarxlarda mənfur qonşularımızın balacaların əlindən aldıqları UŞAQLIQ ictimaiyyətə göstərilib.

Əfsanə Məmmədyarova - Günəş TV-nin baş redaktoru: "Yollarda uşaqların təhlükəsizliyini qoruyaq layihəsi vasitəsilə biz sürücülərə müraciət edirik. Və bildiririk ki, yol hərəkəti qaydalarına riayət etsinlər xüsusilə də nəqliyyat vasitəsində uşaqlar varsa xüsusilə diqqətli olmaq lazımdır. Çünki uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi yol qəzalarında itirməyək".

Telekanalın başlatdığı layihələrdə məqsəd balacaları daim nəzarətdə saxlamaq, onların uşaqlıqarını yaşamaqlarına yardım etməkdir.

Ötən il qəzalar zamanı ölənlərin 71-i, yaralananların 212 nəfəri uşaqdır. Yollarda uşaqların təhlükəsizliyinini qoruyaq layihəsi də qəzaların sayının minimuma endirilməsinə yönəlib.

Maarifləndirici tədbirlərlə yanaşı, telekanal  Uşaqların Beynəlxalq Müdafiəsi Günündə balacaların görüşünə rəngarəng bayram konserti ilə gələcək. Balaca istedadlar  tamaşaçılara bayram əhvalı yaşadacaq. 
 
BAKU.WS