SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda yenə insan sağlamlığı üçün təhlükə mənbəyi olan panqasius balığı satılır.


Bununla bağlı vətəndaşlar BAKU.WS saytına şikayətlərində bildiriblər.

Bildirilib ki, paytaxtda "Supermarket N1” marketlərində bu zəhərli balıq növü satılır. Qeyd edək ki, dünyada ən zəhərli balıq növlərindən sayılan panqasiusun satışı bir çox Amerika və Avropa ölkələrində qadağan edilib. 


Vyetnamın Mekonq çayından tutulan panqasius balığının tərkibi zəhərli maddələr, ağır metallarla zəngindir. Mekonq çayı öz növbəsində dünyanın ən çirklənmiş çayı sayılır. Mənbəyində kimya və müxtəlif zavodlar yerləşən çayın suyu insan dərisi və orqanizmi üçün olduqca təhlükəlidir. Çayda panqasius balığından başqa heç bir canlı yaşamır. 


Panqasius balığının tərkibindəki xlor, metan və digər toksiki maddələr insan genefondunu məhv edir, beyin hüceyrələrini dağıdır. Balığı yedikdə insan orqanizimdə qanın laxtalanması tezləşir. Ağ ciyərlərin fəaliyyəti iflic vəziyyətə düşür. Veytnamda bu balığın kiloqramı 0,001 dollara, Azərbaycan pulu ilə 1 qəpikdən də ucuz - 0,0078 qəpiyədir.   

Paytaxtın Supermarket No1-də isə balıq açıq satışdadır. 

Ziya Səccad
BAKU.WS