VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"İrandakı bütün milli azlıqların doğma dillərində təhsil almaq hüququ var”. BAKU.WS-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Mahabad şəhərində sakinlər qarşısında çıxışı zamanı deyib.

"Ölkə ərazisində yaşayan bütün milli azlıqların nümayəndələri öz dillərini öyrənmək imkanı əldə etməlidirlər. Bununla bağlı Təhsil Nazirliyi ilə birlikdə müzakirələr aparılır. İran Konstitusiyasının 15-ci maddəsinin reallaşdırılması istiqamətində işlər görülür", - İran prezidenti əlavə edib.

İran Konstitusiyasının 15-ci madəsinə əsasən İran İslam Respublikasının rəsmi dili fars dilidir. Amma mətbuatda və kütləvi informasiya vasitələrində regional və tayfa dillərindən istifadə etmək olar.
 
BAKU.WS