SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda qətl törədilib. Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Faiq Yusifov küçəsi 36, mənzil 42 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Emin Çobanov aralarında yaranan şəxsi mübahisə zəminində bacısı 1986-cı il təvəllüdlü Rübabə Çobanovanı çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetirib. 

Polis və prokurorluq əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən 22 yaşlı E. Çobanov tutularaq istintaqa təhvil verilib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Araşdırmalar nəticəsində bəlli olub ki, hadisə qısqanclıq zəminində törədilib.

"Qətlə yetirilən 1986-cı il təvəllüdlü Rübabə Çobanova subay olub. Ancaq onun "pis yola” düşdüyü üçün qardaşı tərəfindən öldürüldüyü ehtimal edilir. Belə ki, Emin Çobanov bacısının əxlaqsız hərəkət etdiyini öyrənib və onu öldürüb”.

BAKU.WS