SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Baş nazirin müavini Abid Şərifovun ailəsinə aid olan EVRASCON şirkəti 232,7 milyon manat məbləğində kredit borcu var.
 
BAKU.WS-in haqqın.az-a istinadla verdiyi məlumata görə, bu borcun 67,5 milyon manatı banklardan cəlb edilib. Bir müddət öncə EVRASCON şirkəti ciddi maliyyə problemlərini yaşadığını yazmışdıq. Şirkətin Bakı- Ələt- Astara yolunun tikintisində çalışan əməkdaşları aylardır ki, maaş almırlar.

Yaranmış vəziyyəti şərh edən EVRASCON şirkətinin Müşahidə Şurasının üzvü Namiq Kərimli deyib ki, korporasiya tərəfindən yerinə yetirilən işlərin həcmi azalıb və sifarişçilər ödənişləri dayandırıblar. Məhz bununla əlaqədar olaraq maaşların ödənilməsində problemlər yaranır.

Bir müddət öncə mətbuatda Qazaxıstanın Miqrasiya Xidməti tərəfindən təxminən 200 Azərbaycan işçisinin saxlanıldığı ilə bağlı məlumat getmişdi. Qazax KİV-i yazır ki, EVRASCON Alma-Atı - Çundja - Koktal - Xorqos yolunun tikintisindən 15 milyon manat zərər çəkib. 

Qeyd edək ki, bir müddət öncə baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında bu yayılan informasiyanı təkzib edib. Amma baş nazir şirkətin onun qardaşına aid olduğunu təsdiq edib. 
 
BAKU.WS