VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İsrailin sabiq XİN rəhbəri və "Bizim Evimiz - İsrail" mühafizəkarlar partiyasının lideri Aviqdor Liberman müdafiə naziri postuna təyin edilib. ANS PRESS-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Mənbədə bildirilir ki, Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyinat Libermanın hakim koalisiya partiyasına daxil olmasının əsas şərti idi.

Hakim koalisiya"İsrail - Bizim Evimiz" partiyasının parlamentdə mandatlarının sayı 66-dək artacaq. Bu ana qədər baş nazir Binyamin Netanyahu ilə kolisiyası Knessetdə 120 yerdən 61-ni tutub.

Əvvəlki müdafiə naziri Moşe Yaalon vəzifəsindən istefa verib. O, istefasını ölkənin baş nazirə olan "etibar çatışmazlığı" ilə əlaqələndirib.
 
BAKU.WS