SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Qarant Sığorta Agentliyi” yeni xidmət işə salıb.
 
Agentliyin rəhbəri Ramin Səmədov BAKU.WS bildirib ki, Azərbaycanda ilk dəfə may ayının 25-dən etibarən agentlikdə pulsuz sığorta məsləhəti xidməti olacaq. Agentliyə zəng edən istənilən vətəndaş sığorta ilə bağlı onları maraqlandıran sualları ünvanlayıb məsələhətlər ala bilər.

R.Səmədov bildirir ki, əksər hallarda vətəndaşlar sığorta haqqında məlumatsız olur. Yeni xidmət vasitəsilə vətəndaşlar sığorta məhsullarının qiymətindən tutmuş, qəza zamanı hansı sənədlərin toplanmasına, sığorta ödənişinin verilib verilməməsi kimi bütün suallara cavab tapa bilər.

Əgər qəza zamanı mübahisəli vəziyyət yaranıbsa və sığorta şirkəti ödəniş etməkdən imtina edirsə, vətəndaşa qanuna uyğun olaraq vəziyyət izah edilir. Bunun üçün sualları günün istənilən vaxtı sığorta agentliyinin elektron ünvanına göndərə və ya birbaşa telefonla agentliyin rəhbərinə müraciət edilə bilər.
 
Sığorta ilə bağlı məlumat əldə etmək üçün [email protected] email ünvanına yazın, yaxud (055) 251-55-55, (012) 499-66-44 (daxili 6321) nömrələrinə zəng edin. 
 
BAKU.WS