SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Azərbaycanda icra başçısı 700 bal toplayan tələbəyə maşın hədiyyə edib. 

BAKU.WS-in məlumatına görə, Zaqatala icra başçısı Mübariz Əhmədzadə rayon tarixində ilk dəfə ali məktəbə keçirilən imtahanlarda 700 bal toplayan Asya Mamudovaya avtomobil hədiyyə edib.

Zaqatala İcra hakimiyyətindən "Qafqazinfo"ya verilən məlumata görə, icra baçısı bir neçə il əvvəl rayonu təmsil edən abituriyentlərə söz verib ki, kim 700 bal toplasa ona maşın hədiyyə olunacaq: "Bu gün həmin maşın 700 bal toplayan Asya Mamudovaya təqdim olundu".

Qeyd edək ki, Mahmudova Asya İdris qızı Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olub.
 
BAKU.WS