VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Polşada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokunun ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.

BAKU.WS-in məlumatına görə, Azərbaycan cüdoçuları elə ilk yarış günündə mötəbər yarışda 3 qızıl və 4 bürünc medal qazanıblar. 
 
Rövşən Əliyev (-50kq), Vüsal İbrahimov (-55 kq) və Şəfəq Həmidova (-44kq) bütün rəqiblərinə qalib gələrək Avropa kubokuna sahib olublar. Raxşan Baxşəliyev (-50kq), Əhməd Yusifov (-55kq), Paşa Əliyev (-66kq) və Şəhanə Hacıyeva (-44kq) Avropa kuboku yarışının bürünc medalını əldə ediblər. Beləliklə Azərbaycan cüdoçuları qitə miqyaslı yarışın ilk günü 7 medal qazanaraq komanda hesabında birinci yerə yüksəliblər. 

BAKU.WS