VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda "Formula 1" zamanı yarışın keçirildiyi şosenin ətrafında yerləşən mənzillərdən birinin sakini öz eyvanını yarışa tamaşa etmək istəyənlərə təklif edir. 
 
BAKU.WS-in məlumatına görə, yarış üçün öz eyvanında bilet satdığını deyən sakin biletlərin qiymətlərini də açıqlayıb. Biletin qiyməti 1-ci gün üçün 30 AZN, 2-ci gün isə üçün 50 AZN dəyərindədir. Əsas yarış günü "Formula 1"i izləmək istəyənlər 100 AZN ödəməlidir. Qiymətə əlavə xidmətlər də daxildir.
 
Xatırladaq ki, bir müddət öncə gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Bakıda "Formula 1" zamanı yarışın keçirildiyi şosenin ətrafında yerləşən mənzillərin sakinləri öz eyvanlarını yarışmaya tamaşa etmək istəyənlərə icarəyə verə bilərlər. Nazir qeyd edib ki, bununla bağlı heç bir məhdudiyyət yoxdur və qanunda buna hər hansı qadağa qoyulmur: "Şəxsən mən Monakoda "Formula 1" Avropa Qran-prisini eyvandan izləmişəm".

A.Rəhimov əlavə edib ki, gələcəkdə Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-prisi ilə əlaqədar şəhər sakinləri belə icarə ilə əlavə maliyyə vəsaiti qazana bilərlər.
 
Şahin Həbibov
BAKU.WS