SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qeyri-dəqiq məlumata görə, Əfqanistanın Gilmənd əyalətində Əfqanistan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub. 
 
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından BAKU.WS-ə verilən məlumata görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur.

Əldə olunan məlumata əsasən, heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir. 

İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə olunurdu. Heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir. 

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.

Komissiya əlavə məlumatı KİV-in diqqətinə çatdıracaq.