VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçələrində yeni çəkilmiş su xətləri mövcud şəbəkəyə birləşdirilir.

"Azərsu” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bununla əlaqədar mayın 19-da saat 09:00-dan etibarən gün ərzində Azadlıq prospekti, 161a-191 və Cəfər Xəndan küçəsi, 26-28 ünvanlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.
 
BAKU.WS